13 yaşlı piyadanı avtomobil vurdubackend

13 yaşlı piyadanı avtomobil vurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə İmişli rayonunun Qaralar kəndində qeydə alınıb. Həmin kəndin sakini, 2004-cü il təvəllüdlü Əsədov Əsəd Ağaş oğlu yolu keçərkən “Mercedes” markalı avtomobil tərəfindən vurulub. 13 yaşlı uşaq müxtəlif bədən xəsarətləri ilə İmişli Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az