Astanada İslam Əməkdaşlıq Təşkilatının sammiti başlayırbackend

Astanada İslam Əməkdaşlıq Təşkilatının sammiti başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Astanada ilk dəfə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) elm və texnologiya üzrə sammiti başlayır.

İnterpress.az-ın məlumatına görə, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin sədrlik etdiyi sammit 2 gün davam edəcək.

Sammitdə 80-ə qədər dövlət və təşkilatın nümayəndələri, müşahidəçi ölkələr, o cümlədən beynəlxalq və regional təşkilatların təmsilçiləri qatılıblar. Azərbaycan prezidenti İlham Əliyev sammitdə iştirak edəcək. Sammit “İslam dünyasında elm, texnologiya, innovasiya və modernləşmə!” şüarı ilə keçirilir və bu gün başa çatacaq “EKSPO-2017 Astana” beynəlxalq sərgisinin bağlanışına həsr olunub. Türkiyə sammitdə Myanmada Arakan müsəlmanlarının problemini qaldırmaq niyyətində olduğunu açıqlayıb.

Sammitdə islam aləmində elmi-texnologi modernləşməyə siyasi dəstək verilməsinə çağıran Astana Bəyannaməsinin qəbul edilməsi gözlənilir. Sammit çərçivəsində İƏT-in elm və texnologiya üzrə mükafatları da təqdim olunacaq.

İnterpress.az