Kişilər və hamilə qadınlar bu tərəvəzi mütləq yeməlidir – FOTObackend

Kişilər və hamilə qadınlar bu tərəvəzi mütləq yeməlidir – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Turkiyədə bu qeyri-adi məşhur tərəvəzi salat və şorbaya əlavə edirlər, həmçinin zeytun yağında qovurub yeyirlər.
Tərəvəz çox zəngin kimyəvi tərkibə malikdir. Onun tərkibində C, A, K, B6, B9 (fol turşusu) kimi vitaminlər, kalsium, dəmir, maqnezium, zülallar və s. faydalı maddələr var.
Bamiyənin dadı qulançar və badımcanın dadını xatırladır. Tərəvəzin çox xoş dadı var.

Fol turşusu ilə zəngin olan bamiyə hamilə qadınlar üçün xüsusilə faydalıdır. Fol turşusu dölün sinir sisteminin normal inkişafı üçün xüsusilə vacibdir. Bu, bütün dünyada təsdiq olunmuş elmi faktdır.

Tərəvəzin kaloriləri azdır, lakin orqanizm üçün faydası çoxdur.

Bamiyə zəifləmiş və ya cərrahi əməliyyat keçirmiş insanlar üçün də faydalıdır.

Bəzi göz xəstəlikləri zamanı və bu xəstəliklərin profilaktikası üçün müalicəvi qida kimi istifadə olunur.

Bamiyə mədə-bağırsaq sisteminə müsbət təsir edir, bağırsaqları toksinlərdən və şlaklardan təmizləyir. Bamiyə qəbizliklə mübarizə etməyə kömək edir, xora xəstəliyi zamanı xeyirlidir, düz bağırsaq xərçənginin qarşısını almağa kömək edir.

Qanda şəkəri və xolesterini aşağı salır. Bu səbəbdən bu tərəvəz şəkərli diabet və aterosklerozun profilaktikası üçün faydalıdır.
Araşdırmalar göstərir ki, bamiyə potensiya problemləri olan kişilərə yaxşı kömək edir.

Depressiya, stress, xroniki yorğunluq sindromu, ağır fiziki gərginliklər zamanı bamiyə çox faydalıdır.

Kişilər və hamilə qadınlar bu tərəvəzi mütləq yeməlidir - FOTO

Kişilər və hamilə qadınlar bu tərəvəzi mütləq yeməlidir - FOTO

İnterpress.az