“İlham Əliyev lider şəxsiyyət kimi tanınır”backend

“İlham Əliyev lider şəxsiyyət kimi tanınır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu fikirləri “Ölkə.Az”-a açıqlamasında “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktorunun müavini Andrey Blaqodırenko bildirib.

Ötən il Azərbaycanda səfərdə olduğunu xatırladan A.Blaqodırenko deyib ki, Bakı dünyanın ən gəzib-görməli şəhərlərindən birinə çevrilib:

“Şəxsən mənə görə, Moskvadan sonra ən gözəl paytaxt şəhəri Bakıdır. Bu gün Bakı iqtisadi yatırımlar şəhərinə çevrilib. Ötən il Bakıda oldum və bu şəhəri çox sevdim. Bakı çox müasir və gözəl şəhərdir. Ümumiyyətlə, son 20 ildə Azərbaycan çox dəyişib, inkişaf edib. Neft pullarından əldə olunan vəsaitin Azərbaycanın inkişafına yönəldilməsi ağıllı siyasətdir. Bunun uğurlu nəticələrini Dubayda və digər ərəb ölkələrində görürük. İndi Azərbaycan dünyaca populyar olan yarışlara ev sahibliyi edir, “Formula 1”, Avropa Oyunları və digər bu kimi tədbirlər təşkil olunub. Şübhəsiz ki, bütün bunların başında Prezident İlham Əliyevin apardığı uğurlu siyasəti dayanır”.

İnterpress.az