Bakıda ağır yol qəzasında komaya düşən 23 yaşlı qız dünyasını dəyişibbackend

Bakıda ağır yol qəzasında komaya düşən 23 yaşlı qız dünyasını dəyişib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”Report\”-a istinadən xəbər verir ki, 1994-cü il təvəllüdlü Səmədova Sevinc Şahin qızı müalicə aldığı 3 saylı Kliniki Tibbi Mərkəzdə komadan ayılmayaraq dünyasını dəyişib.
Qəza Kürdəxanı qəsəbəsində baş verib. \”90-NF-513\” dövlət qeydiyyat nişanlı \”Mercedes\” markalı avtomobil yüksək sürətlə hərəkətdə olarkən \”188\” evakuator xidmətinə məxsus \”90-JZ-887\” dövlət qeydiyyat nişanlı \”MAN\” markalı yük maşınına arxadan çırpılıb. Hadisə \”MAN\” dönmə əməliyyatı edərkən baş verib.
Nəticədə \”Mercedes\”də olan 22 yaşlı Cəfərova Ramilə Ramiz qızı hadisə yerində dünyasını dəyişib. Daha isə 1-ci dərəcəli koma vəziyyətinə düşüb. Hazırda komada olan Kürdəxanı qəsəbə sakinləri, 1986-cı il təvəllüdlü Məmmədov Rəşad Nurəddin oğlu, 1991-ci il təvəllüdlü Qocayev Elxan Məmməd oğlu, və 1999-cu il təvəllüdlü Həsənov İbrahim Bəhruz oğlu 3 saylı Kliniki Tibbi Mərkəzdə müalicəsini davam etdirir.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanıb.

İnterpress.az