Yeznə baldızını bıçaqladıbackend

Yeznə baldızını bıçaqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Maştağa qəsəbəsində yaşayan 50 yaşlı Yeganə Yəhyabala qızı İbrahimova bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilib.

Yaralı dərhal əməliyyat olunub. Həkimlər sinə nahiyəsindən bıçaqlanan Yeganə İbrahimovanın vəziyyətini orta-ağır kimi qiymətləndiriblər. Xəstəxandan hadisə barədə 14-cü Polis bölməsinə məlumat verilib. Polis əməkdaşları dərhal araşdırmalara başlayıblar.

Zərərçəkmiş ilkin istintaq zamanı bacısının həyat yoldaşı tərəfindən aralarında düşən mübahisə zamanı bıçaqlandığını bildirib. Polis əməkdaşları həmin şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirirlər.

Faktla əlaqədar cinayət işi başlanıb. Araşdırmalar davam edir. ( report.az )

İnterpress.az