Rəşad Məcid Yazıçılar Birliyinin ləğv olunması xəbərindən danışdıbackend

Rəşad Məcid Yazıçılar Birliyinin ləğv olunması xəbərindən danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

R.Məcid \”Ölkə.Az\”-a açıqlamasında bildirib ki, bu barədə yazılanlar həqiqəti əks etdirmir:

\”Aydındır ki, bu bəzi dırnağarası jurnalistlərin və saytların fantaziyalarıdır. Birlik həmişə olduğu kimi fəaliyyətdədir. İndi də kaitbliyin iclası keçirilir və orada bu hadisələrə münasibət bildiriləcək. Katibliyin qərarı yayılacaq. Ləğvdən söhbət gedə bilməz. Gərək üzvlər yığılsın ləğv etsin\”.

Qeyd edək ki, \”Sahil\” bağı ətrafında yerləşən Yazıçılar Birliyinin binasındakı \”26\” adlı kafenin fəaliyyətinin dayandırılmasından sonra bu kimi iddialar irəli sürülüb. Yazıçı Çingiz Abdullayev sözügedən məkanın Yazıçılar Birliyi ilə heç bir əlaqəsinin olmadığını söyləsə də, sonradan \”26\”nı işlədən şəxslərin birliyə hər ay 8 min icarə haqqı ödədiyi məlum olmuşdu.

İnterpress.az