“Başqasının uşağı mənə lazım deyil…”backend

“Başqasının uşağı mənə lazım deyil…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu AzNews.az-a açıqlamasında Gədəbəydə intihar edən 51 yaşlı qadının həyat yoldaşı Məhərrəm Məmmədov deyib. Onun sözlərinə görə, tərəflər bir-birini sevib ailə qurub:

“Amma Solmaz bu boyda sevgi olduğu halda məni həyatda tək-tənha qoyub getdi. Solmazla 20 ildir ki, evliyik. Bu müddətdə bir-birimizə can deyib yaşamışıq. Onun bu 20 ildə mənə qarşı münasibəti dəyişməyib. Heç vaxt da özünü öldürəcəyini deməyib. Evdə ov tüfəngi olub. Bu da mən evdə olmayanda qarın nahiyəsindən özünü vurub. Bir baxdım ki, zəng edib. Götürdüm, dedi ki, “Məhərrəm daha dözə bilmirəm, özümü güllə ilə vurmuşam”. Mən tələsik evə gəldim. Bunu götürüb həkimə apardım”.

Məhərrəm Məmmədov həyat yoldaşının özünün güllə ilə vurduğundan sonra 4 gün yaşadığını qeyd edib: “Hər gün yanına gedirdim. İynə-dərman aldım. Danışırdıq, amma özünü niyə öldürməsini demədi. Müstəntiq də gəlib ondan izahat aldı. Deyirdi ki, “uşağım olmur, istəmirəm yaşayam””.

Məhərrəm Məmmədov onu da əlavə edib ki, yaşadıqları illərdə uşaq götürmək istəyib, amma həyat yoldaşı buna razı olmayıb: “Solmaz istəmədi. Dedi ki, başqasının uşağı mənə lazım deyil. Son illər yaddaşı da yerində deyildi, gedib-gəlirdi. Ondan başqa heç kimim yoxdur”.

Qeyd edək ki, hadisə Gədəbəyin Samanlıq kəndində qeydə alınıb. Kənd sakini Solmaz Məmmədova yaşadığı evdə ov tüfəngi ilə özünə atəş açıb.

İnterpress.az