“Düşmən yaxşı bilir ki, torpaqlarımızı qaytaracağımız gün uzaqda deyil…”backend

“Düşmən yaxşı bilir ki, torpaqlarımızı qaytaracağımız gün uzaqda deyil…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev bu gün Ağdam rayonunun Quzanlı qəsəbəsində \”Vətəni müdafiəyə daim hazırıq\” adlı Azərbaycanın işğal olunmuş və cəbhəyanı rayonlarının gənclərinin forumunda çıxışı zamanı deyib.

F.Hacıyev bildirib ki, qədim Azərbaycan torpağı olan Qarabağda bu görüşün keçirilməsi təsadüfi deyil:

“Bu gün hər bir azərbaycanlının qəlbi Qarabağla döyünür, hər bir azərbaycanlının düşüncəsi Qarabağla bağlıdır, hər bir fəaliyyət Qarabağın tezliklə azad olunmasına istiqamətlənib. Bu gün cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət bizi tezliklə qələbə çalaraq Qarabağımızı qaytaracağımıza əmin edir. Düşmən və onun havadarları artıq gözəl bilirlər ki, cənab Prezidentin qətiyyətli səyləri nəticəsində torpaqlarımızı qaytaracağımız gün uzaqda deyil və buna görə də onlar çox təşvişə düşüblər, müxtəlif yollarla bizə təsir etmək istəyirlər. Amma onlar bilirlər ki, Azərbaycan vətəndaşı öz Prezidentinə inanır və ona arxalanır, cənab Prezident ətrafında sıx birləşib və onun istənilən göstərişini dərhal əməl eməyə hazırdır. Bu xüsusda gənclərin rolu çox önəmlidir”.

Gənclər Fondunun icraçı direktoru qeyd edib ki, Azərbaycan artıq 26 ildir müstəqil fəaliyyət göstərir, inkişaf edir, dünya ölkələri arasında özünə layiqli yer tutur:

“Ölkəmiz regionun lider dövlətidir və bizim ölkəmizin rəyi və razılığı olmadan regionda heç bir layihə həyata keçirilə bilməz. Budur bizim reallığımız, bizim gücümüz. Çox təəssüf ki, müstəqilliyimizin ilk illərində ölkəmizə səriştəsiz insanlar rəhbərlik etdi və bunun nəticəsi kimi torpaqlarımızı itirdik. Amma müdrik Azərbaycan xalqı bütün bu çətinliklərdən və uğursuzluqlardan qurtarmaq üçün öz xilaskarına üz tutdu. Ulu Öndər Heydər Əliyev öz xalqını bu çətin məqamlarda birləşdirə bildi, ölkəni xaosdan və parçalanmaqdan xilas etdi, respublikada sabitliyin bərqərar olması üçün və özünün dediyi kimi, müstəqilliyimizin ədəbi, dönməz və sarsılmaz olması üçün əlindən gələni etdi. Bu gün biz öz ölkəmizdə yaşayırıq, inkişaf edirik və Ulu Öndərin görmək istədiyi nəsil yetişdiririk – Azərbaycançılıq ideyaları üzərində formalaşan gənclik”.

İnterpress.az