Ümumrusiya Azərbaycanlıları Konqresinin yenidən fəaliyyətinə ümid varbackend

Ümumrusiya Azərbaycanlıları Konqresinin yenidən fəaliyyətinə ümid var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Modern.az-a açıqlamasında ÜAK-ın icraçı katibi İlqar Hacıyev deyib.

O bildirib ki, ÜAK ləğv olunsa da, heç bir işçi öz işindən çıxmayıb.

“Rusiyada fəaliyyətimiz dayandırılmayıb. Öz işlərimizin başındayıq. Gündəlik işlərimizi davam etdiririk. Tədbirlər təşkil edirik. İşçilər arasında ixtisar etməmişik. Hər bir işçinin maliyyə məsələsi həll olunur. İş adamları bu vəziyyətimizdə belə bizə dəstək olurlar. Ona görə də hər birimiz işimizin başındayıq”

Qeyd edək ki, Rusiya Ali Məhkəməsi 2017-ci il 15 may tarixində Ədliyyə Nazirliyinin iddiası əsasında ÜAK-ın qeydiyyatını ləğv edib. İyunun 15-də ÜAK Rusiya Ali Məhkəməsinin müvafiq qərarından apellyasiya şikayəti verib.

Xatırladaq ki, ÜAK 2001-ci ildə yaradılıb.

İnterpress.az