Afinada THY ofisinə hücum!backend

Afinada THY ofisinə hücum!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Yunanıstanın paytaxtı Afinadakı Türk Hava Yollarının (THY) ofisi hücuma məruz qaldı.

Alınan məlumata görə, ofisə girməyə çalışan bir qrup, girişdəki şüşə qapıya zərbə vurub,ancaq içəri girməyi nail ola bilməyib.

İş vaxtından öncə baş verdiyi üçün ofisdə kimsənin olmadığı, təcavüzün maddi ziyana yol açdığı bildirildi.

Yunan polisinin hadisə yerində araşdırmalarına davam etdiyi qeyd edilib.

Hadisə, daha əvvəl Türkiyənin Afina Səfirliyinə boyalı hücumda olan anarxist qrup Ruvikonas üzərinə götürdü.

İnterpress.az