“Bu gün Azərbaycan üçün tarixi bir gündür”backend

“Bu gün Azərbaycan üçün tarixi bir gündür”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu bu gün \”Azəri-Çıraq-Günəşli\” (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin (PSA) 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan sazişin imzalanması ilə əlaqədar keçirilən mərasimdə Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, bu gün imzalanacaq kontraktın ölkəmiz üçün böyük əhəmiyyəti var: “Bu yataqların işlənməsi 2050-ci ilə qədər uzadılır. Bu kontrakt Azərbaycan üçün daha əlverişli, daha yaxşı şərtlərlə imzalanır. Kontrakt imzalanandan sonra ölkəmizə xarici investorlar ətrəfinlən 3,6 miyard dollar bonus ödəniləcək. SOCARı-n payı 25 faizə qaldırılır. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək\”.

Prezident qeyd edib ki, “Əsrin müqaviləsi\” imzalanan zaman \”Azəri-Çıraq-Günəşli\” (AÇG) yataqlar blokunda 511 milyon ton neft olduğu ehtimal edilirdi. Ancaq ehtiyatlar proqnozları üstələdi. Hazırda \”Azəri-Çıraq-Günəşli\” (AÇG) yataqlar blokunda hasil edilməmiş 500 milyon ton neft var”.

İnterpress.az