“Ümid edirik ki, ÜAK fəaliyyətini davam etdirəcək”backend

“Ümid edirik ki, ÜAK fəaliyyətini davam etdirəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli \”Moskva-Bakı oxu- Qafqazın yeni geosiyasətinə doğru\” adlı beynəlxalq konfransda çıxışında bildirib.

Ümumrusiya Azərbaycan Konqresinin Rusiya-Azərbaycan münasibətlərində gördüyü işlərdən danışan Ə.Hüseynli bildirib ki, ÜAK-ın ləğv olunması ilə bağlı qərar Azərbaycan ictimaiyyətini və Rusiyada yaşayan azərbaycanlıları çox narahat edir: \”Ümid edirik ki, ÜAK-ın ləğvi ilə bağlı qərardan verilən apelyasiya şikayətinə ədalətli baxılacaq. ÜAK fəaliyyətini davam etdirəcək\”.

İnterpress.az