Amerikalı nazir bal ayı üçün hərbi təyyarə istədi, müfəttişlər dövrəyə girdi!backend

Amerikalı nazir bal ayı üçün hərbi təyyarə istədi, müfəttişlər dövrəyə girdi!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Xəzinə Naziri Stiv Mnuchin, qısa müddət içərisində hökumət resurslarını şəxsi səyahətləri üçün istifadə etdiyi iradlarının ikinci dəfə hədəfi oldu.

Mnuchin, bal ayı üçün ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrdən birinin özünə təsis edilməsini istədi. Saatlıq xərci 25 min dollar olan təyyarələrlə bağlı tələbi dəyərləndirən Xəzinə Nazirliyi səlahiyyətliləri, araşdırmanın ardından tələbi rəfə qaldırıb.

Nazirlik sözçüsü, Mnuchinin paytaxtdan uzaqda hökumətlə etibarlı ünsiyyət qurmaq adına tələbdə olduğunu dedi. Sözçü, \”Nazir, Milli Təhlükəsizlik Şurasının üzvüdür və Terrorizm Ofisi ilə Maliyyə Kəşfiyyat məsələsində məsuliyyətləri var. Etibarlı rabitə xətlərinə malik olması bir zərurət və səyahəti zamanı buna necə sahib olacağı mövzusunda geniş variantları qiymətləndirmişik. Buna hərbi təyyarənin istifadə edilməsi də daxil idi\”. İfadələrini istifadə etdi.

Mnuchinin tələbinin ardından nazirlik müfəttişinin məsələ ilə bağlı istintaq apardığı də bildirildi.

ABŞ Xəzinə Naziri Mnuchinin həyat yoldaşı Luiza Linton, avqust ayının sonunda hökumət təyyarəsilə Kentuckye səyahətlərindən bir fotoşəkil bölüşmüş, sonra fotoya şərh edən bir Instagram istifadəçisiylə mübahisə yaşamışdı. Lintonun yaşadığı mübahisə tənqid mövzusu olmuşdu.

İnterpress.az