12 yaşında atalığından hamilə qalan qızın bacısı da zorlanıbmı?backend

12 yaşında atalığından hamilə qalan qızın bacısı da zorlanıbmı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müstəntiq Rizvan Eminov AzNews.az-a açıqlamasında Elçin Şindiyevin barəsində aparılan istintaq işinin 2-3 aya kimi yekunlaşacağını deyib:

“Onun barəsində istintaq dövrü üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Hazırda istintaq gedir. İstintaq 2-3 aya kimi başa çatacaq”.

Rizvan Eminov ailədə olan digər azyaşlı uşağın hələ istintaqa cəlb olunmadığını dedi: “Evdə daha bir qız uşağı da var. Atalığın ona təcavüz edib-etməməsinə və başqa cinayətlərinin olması istintaqın gedişi zamanı bilinəcək. Amma hələ o, həmin uşağa təcavüz edib-etməməsini bildirməyib”.

Qeyd edək ki, Balakən rayonunda 12 yaşlı uşaq atalığından hamilə qalıb. Qeyri-rəsmi nikahda yaşadığı qadının qızını zorlayaraq onu hamilə qoyan Şindiyev Elçin Qədir oğlu barəsində istintaq dövrü üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

İnterpress.az