Nuru Paşanın qəbrindən götürülən torpaq Bakıya gətirildi – FOTObackend

Nuru Paşanın qəbrindən götürülən torpaq Bakıya gətirildi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, İSTAD başqanı Səfər Qaraqoyunlu bildirib ki, “Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM), Aşıq Şəmşir Mədəniyyət Ocağı və Azərbaycan Türk Evinin də dəstək verdiyi səfərin əsas məqsədi Qafqaz İslam Ordusunun Azərbaycana gəlişinin 99-cu ilində, 1918-ci ildə Azərbaycanda ermənilər tərəfindən törədilmiş soyqırım faktlarına bir daha diqqət çəkmək, olayların baş verdiyi coğrafi ərazilərdə anım toplantıları keçirməkdir.

Bu məqsədlə Gəncə, Şəki, Salyan, Quba və Bakı şəhərində müxtəlif tədbirlər keçirilib, Qubadakı soyqırım məzarlığı və Xatirə kompleksi ziyarət olunub. Sabah da Bakıda Şəhidlər Xiyabanı və Türk Şəhidliyi ziyarət olunacaq. Nuru Paşanın qəbrindən gətirilən torpaq Şəhidlər Xiyabanına səpiləcək”.

Səfər Qaraqoyunlu “Qurtuluş savaşında Azərbaycan Anadolunun yanındaydı. Türkiyə Cümhuriyyətinin təməli hən də Azərbaycanın əvəzsiz qardaş yardımlarıyla atıldı” söylədi.

Tədbirdə millət vəkili Hikmət Babaoğlu, ATEV başqanı Tənzilə Rüstəmxanlı, ATXƏM sədri İlham İsmayılov, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Umud Rəhimoğu, Elçin Mirzəbəyli və digər ziyalılar iştirak edirdilər.

Nuru Paşanın qəbrindən götürülən torpaq Bakıya gətirildi - FOTO

İnterpress.az