12 yaşında atalığından hamilə qalan qızla bağlı son qərarbackend

12 yaşında atalığından hamilə qalan qızla bağlı son qərar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə AzNews.az-a açıqlama verən Azərbaycan Uşaqlar Birliyinin sədri Kamalə Ağazadə bildirib ki, bu gün Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda 12 yaşlı qızla bağlı konsilium keçirilib:

“Qərara alınıb ki, 26 həftəlik hamiləlik dövründə 12 yaşlı uşaqda heç bir pataloji hal müşahidə olunmur. Həm ana, həm də onun bətnindəki uşağın inkişafı normal səviyyədə gedir. Uşaq həftəlik nəzarətdə olmalıdır. 12 yaşlı qız uşaq doğmalıdır”.

Qeyd edək ki, Balakən rayonunda 12 yaşlı uşaq atalığından hamilə qalıb. Qeyri-rəsmi nikahda yaşadığı qadının qızını zorlayaraq onu hamilə qoyan Şindiyev Elçin Qədir oğlu barəsində istintaq dövrü üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

İnterpress.az