AST Telmanın oğlunun maşınına həbs qoyuldubackend

AST Telmanın oğlunun maşınına həbs qoyuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AST Telmanın oğlu Sərxan İsmayılovun \”Rolls-Royce\” markalı avtomobilinə həbs qoyulub. Buna səbəb isə ödənməyən borclardır.

Avtomobil \”Mərdan Palace\” otelinin açılışında iştirak edən Monika Beluççi və Şakiraya xidmət edib.

İş adamının borcu olduğu üçün 2015-ci ildə \”Mərdan Palace\” oteli məhkəmənin qərarı ilə satışa çıxarılıb. İndi isə \”Rolls-Royce\” markalı maşına da həbs qoyulub.

465 min türk lirəsi borc əvəzində turizm şirkətinin vəkili Fərda Pərihan Savaşçı Antalya məhkəməsinin vasitəsilə otelə gedərək prosedura start verib.

Otelin avtomobil dayanacağındakı avtomobil ərazidən aparılıb. Borc ödənilməsə, \”Rolls-Royce\” satışa çıxarılacaq. ( olke.az )

İnterpress.az