İraqda restorana hücum: azı 60 nəfər ölübbackend

İraqda restorana hücum: azı 60 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birinci hücum Dhiqar əyalətinin paytaxtı Nasiriya yaxınlığındakı restoranda baş verib. İntiharçı burada bomba partladıb, silahlı şəxslər atəş açıb.
Olaydan bir az sonra nəzərət-keçid məntəqəsində maşın partladılıb.
Özünü İslam Dövləti (İD) adlandıran təşkilat bildirib ki, hücumu onlar ediblər.
Ölənlər arasında İrandan gəlmiş şiə zəvvarlar da olub.
Hücumun baş verdiyi ərazi iranlı zəvvarların mütəmadi ziyarət üçün üz tutduqları Nəcəf və Kərbala şəhərlərinə gedən əsas yoldur.
\”Bir hücumçu restoranda nahar edən adamların gur yerində özünü partladıb, silahlı şəxslər isə onlara sarı qumbara atıb və atəş açıb\”, polis polkovniki Ali Abdul Hussain Reuters-ə bildirib.
Ölən zəvvarlar arasında azı 7 iranlı ölüb, 90-dan çox adam yaralanıb, səhiyyə rəsmiləri bildiriblər.
Təsdiqlənməyən məlumatlara görə, nəzarət-keçid məntəqəsində polis zabitləri həlak olub, ancaq onların sayı hələlik məlum deyil.
İD İraq və Suriyada cəbhə xətlərində aparılan əməliyyatlar zamanı məğlubiyyətə uğradılır, ancaq hələ də zəif hədəflərə dağıdıcı hücumlar etməyə qadirdir, BBC-nin Yaxın Şərq üzrə redaktoru Alan Johnston deyir. (bbc)

İnterpress.az