Usame Bin Ladenin porno arxivi yayımlanmayacaqbackend

Usame Bin Ladenin porno arxivi yayımlanmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Bin Ladenin kompyuterlərində ələ keçirilən yüzlərlə sənədin araşdırılması təxminən 6 ildə tamamlanıb. Açıqlanacaq sənədlərin bəzi hissələrinin, Əl-Qaidəyə qarşı əməliyyatları \”təhlükəyə atma səbəbilə senzuraya məruz qaldığı\” qeyd olunub. Pompey, \”Bu sənədləri açıqlamağı, dünyanın onları görməyi istədiyindən əmin olmaq istəyirəm\” deyib.

Mike Pompeo, Fox News kanalına verdiyi müsahibədə, Abbodabad şəhərində gizləndiyi yerdə edilən basqında öldürülən Bin Ladenin iş otağında ələ keçirilən pornoqrafik filmlərlə bağlı hər hansı bir məlumatın açıqlanmadığını, ancaq müasir və texnoloji cəhətdən yaxşı qeydlər olduqlarını və götürülmüş sənədlərin yaxın gələcəkdə ictimaiyyətlə paylaşılmayacağını bildirib. Qeyd edək ki, aralarında, hazırda təxminən 24 yaşında olan Usame Bin Ladenin oğlu Həmzə Bin Ladenin də olduğu təşkilat liderlərinin yaxalanması üçün əməliyyatlar davam edir.

İnterpress.az