Şimali Koreya: “Davam edəcəyik”backend

Şimali Koreya: “Davam edəcəyik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Şimali Koreya lideri Kim Jong Un, Birləşmiş Millətlər Təşkilatının sanksiyalarına baxmayaraq nüvə proqramlarını tamamlayacağını deyib.

Şimali Koreyanın raket sınağı ilə əlaqədar təcili olaraq toplanan BMT Təhlükəsizlik Şurasının sanksiyalara davam edilməsinə qərar vermişdi.

Şimali Koreya isə BMGKNIN son iqtisadi sanksiyalarına sərt reaksiya verərək, Yaponiya \”batırmaq\” ABŞ-ı isə \”külə çevirməklə\” təhdid etmiş və yeni balistik raket sınağı keçirmişdi.

ABŞ-ın Tərksilah Konfransı Daimi Nümayəndəsi Səfir Robert İstə, Şimali Koreyaya dair mümkün müharibə və ya hərbi əməliyyatın mümkün olub olmadığı sualına isə: \”Bütün variantlar masada. Lakin, hazırda diplomatik yol gedirik. Bütün diplomatik variantları sonuna qədər istifadə etmək istəyirik\”- cavabını vermişdi.

İnterpress.az