Sünni-şiə problemi alovlana bilər – Şeyxin axund-imam qərarına etirazbackend

Sünni-şiə problemi alovlana bilər – Şeyxin axund-imam qərarına etiraz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Maraqlıdır, bu dəyişikliyin nəticəsi necə ola bilər?

İnterpress.az xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyev Modern.az-a açıqlamasında bildirib ki, bu dəyişiklik sünni-şiə mübahisəsini alovlandıra bilər:

\”Bilirsiniz, sünnilərdə axund adı işlədildiyi halda, bu, şiələrdə imamdır. Bu səbəbdən axund sözünün yığışdırılıb, onun yerinə ancaq imam sözünün işlədilməsi sünnilərin narazılığına səbəb ola bilər. Bu qərar sünni-şiə problemini daha da alovlandıra bilər və qərarın mənfi nəticələrini nəzərə almaq lazımdır”.

R.Əliyev qeyd edib ki, bu cür qərarın verilməsinə ehtiyac yox idi:

\”Düzdür, digər ölkələrdə \”məscidin imamı” ifadəsindən istifadə edilir. Bu artıq onlarda formalaşmış bir şeydir. Lakin bizdə oturuşmuş variant olduğu üçün bunu dəyişməyə ehtiyac yoxdur. Başqa ölkələrdəki hər şeyi tətbiq etmək lazım deyil. Ola bilər, kimisə təyin edəndə onun əmrində axund sözü yazılsın. Amma insanlar kimini axund, kimini isə imam kimi tanıyır. Bunu dəyişmək mümkün deyil.

Axund və imam sözünün anlamlarında böyük fərq yoxdur. Bunlar hamısı məsciddə məruzə oxuyan adamlardır. Sadəcə \”imam” sözü qabaqda durub namaz qılan insan anlamını ifadə edir. \”Axund” sözü isə həm namaz qılan, həm də məruzə oxuyan mənasındadır”.

Qeyd edək ki, QMİ sədrinin bu təklifi toplantıda səsə qoyulub və axund sözü yığışdırılaraq onun yerinə məscidlərdə ancaq imam vəzifəsinin olması qəbul olunub.

Beləliklə, bundan sonra məscidlərdə axund vəzifəsi olmayacaq, yalnız imam vəzifəsi olacaq.

İnterpress.az