Qızılgülə “Professor Lütfi Zadə” adı verildibackend

Qızılgülə “Professor Lütfi Zadə” adı verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, AMEA-dan Azərtac-a bildirilib ki, \”Professor Lütfi Zadə\” qızılgül sortu çay-hibrid qrupuna aiddir və Mərkəzi Nəbatat Bağında 2010-cu ildə seleksiya və hibridləşdirmə üsulu ilə alınıb. Müxtəlif bağ qruplarına mənsub olan bu bitki (Swan Lake LCI x Enric Palou HT) rənginə və digər xarakterik biomorfoloji xüsusiyyətlərinə görə digər güllərdən fərqlənir.

Yeni sortun hazırda kəsiş gülü kimi istixanada becərilməsi sınaqdan keçirilir. Bitki göz calağı, yaşıl və yarı odunlaşmış çiliklə çoxaldılır.

İnterpress.az