Diabetin çarəsi – Fındıqdabackend

Diabetin çarəsi – Fındıqda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fındıq bədənə güc və enerji verir, zehni, fiziki yorğunuğu aradan qaldırır. Tərkibində olan yüksək kalsium sümükləri və dişləri gücləndirir. Fındıqda pəhriz lifi 1-3 % nisbətində olur. Bunun sayəsində bağırsaqda yaranan kimyəvi birləşmələr toksik təsirlərin, qalın bağırsaq xəstəliklərinin, qəbizliyin qarşısını alır. Serum lipid səviyyəsini və qanda olan şəkəri salır. Bu isə şəkər xəstəliyindən əziyyət çəkənlərə çox vacibdir.

Fındıq ağciyər xəstəliklərində faydalıdır. Qanazlığı, həzm və qan dövranı sistemi pozuntularının qarşısını almaqda kömək edir.
Fındıqdan istifadə qanda xolesterinin artmasının, qan-damar xəstlikərinin yaranmasının qarşısını alır. Müntəzəm olaraq fındıq yemək infarkt riskini azaldır.O, həmçinin inkişaf edən orqanizm üçün də çox lazımlıdır. Buna görə də fındıq uşaqların, cavanların, əsasən isə yaşlıların qidasının ayrılmaz bir hissəsini təşkil etməlidir.

Fındıq qanazlığına, sümüklərin inkişafına kömək edir. Fındıq yağı böyrək daşlarını və qumunu salmağa yardım edir. O, həm də böyrək ağrılarına da yaxşı təsir göstərir. Lakin yüksək təzyiq və mədəsindən şikayəti olanlara çox istifadə məsləhət görülmür.

Fındığın yağından kosmetologiyada da geniş istifadə edilir. Dəriyə nəm, parlaqlıq, canlılıq verilir. Hamiləlikdən sonra yaranan dəri çatlamaları, deformasiyanın aradan qaldırılmasında istifadə edilir.

Diabetin çarəsi - Fındıqda

İnterpress.az