ATƏT-in baş ofisindəki azərbaycanlıya BMT-də yüksək vəzifə verildibackend

ATƏT-in baş ofisindəki azərbaycanlıya BMT-də yüksək vəzifə verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu bir müddət əvvəl ATƏT-in Vyanadakı Baş ofisində mətbuat xidmətinin əməkdaşı vəzifəsində çalışmış Rəşad Hüseynov bildirib.

R.Hüseynovun sözlərinə görə, bundan sonra o, BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycan üzrə təmsilçisi kimi (National Information Officer, UN Department of Public Information) fəaliyyət göstərəcək: \”Media və vətəndaş cəmiyyəti təşkilatları ilə faydalı əməkdaşlıq edəcəyimə ümid edirəm\”.

Qeyd edək ki, fəaliyyətində yüksək peşəkarlığı ilə seçilən R.Hüseynov 2015-ci ilədək ATƏT-in Bakı Layihə Əlaqələndiricisi ofisinin Mətbuat və İnformasiya Xidmətinin rəhbəri olub. ATƏT-in Bakı Layihə Əlaqələndiricisi ofisi öz fəaliyyətini 2015-ci ildə dayandırdıqdan sonra o, 2 ilə yaxındır ki, Avstriyanın paytaxtı Vyanadakı ATƏT-in Baş ofisində mətbuat xidmətində çalışırdı. (milli.az)

İnterpress.az