“Hakimiyyətlə yanaşı siyasi partiyalar da günahkardır”backend

“Hakimiyyətlə yanaşı siyasi partiyalar da günahkardır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu sözləri AXCP sədri Razi Nurullayev deyib.

AXCP sədri \”Ölkə.Az\”-a açıqlamasında bildirib ki, zor gücü ilə gələn demokratiya və inteqrasiya fəlakət və xaos deməkdir:

\”Rusiyaya gəldikdə isə, demək olmaz ki, onlar bizə təzyiq göstərmirlər. Onlar da çox ciddi siyasi təzyiq göstərirlər və bu təzyiq seçkilər yaxınlaşdıqca güclənəcək. Onlar daxildə siyasi qüvvə taparaq, hakimiyyətə təzyiq göstərirlər. Bu da, ümumilikdə Azərbaycanın ziyanına işləyir. Çünki hakimiyyət məcbur olub, siyasi nüfuz, siyasi dəstək və lobbiçilik almağa məcbur olur\”.

Bu məsələdə də yalnız hakimiyyətin günahkar olmadığnı deyən Razi Nurullayev qeyd edib ki, siyasi partiyalar və təşkilatlar da günahkardır:

\”Çünki Qərbə donoslar ötürməklə, min bir yolla Qərbi və dünyanı Azərbaycan hakimiyyətinin üstünə qaldırıb düşmən etməklə, onları siyasi dəstək almağa məcbur etmişik. Hətta müxalifət olaraq biz daha çox günahkarıq. Bəlkə də hakimiyyətlə anlaşmaq və problemləri daxildə öz aramızda həll etmək üçün kifayət qədər uğurlu səylər göstərə bilməmişik\”.

İnterpress.az