İngiltərə Baş Naziri Theresa May: İnsanlar Myanmada güvən içində yaşamalıdırlarbackend

İngiltərə Baş Naziri Theresa May: İnsanlar Myanmada güvən içində yaşamalıdırlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Kanadada rəsmi səfərdə olan May, həmkarı Castin Trudeau ilə bir araya gələrək, mətbuat konfransı keçirib.
Myanmadakı hadisələrlə bağlı sualı üzərinə May, təcavüzə məruz qalan Arakanlı Müsəlmanların sülh içində yaşaması lazım olduğunu söyləyib.

May, \”İnsanların hazırda şahid olduğumuz kimi təcavüzə məruz qalmaması və qaçmaq məcburiyyətində olmaması lazımdır. İnsanlar Myanmada güvən içində yaşasınlar\”- dedi.
Trudeau isə Arakanlı Müsəlmanların yaşadıqlarının Kanadanı narahat etdiyini dilə gətirdi.

Myanma Xarici İşlər Naziri və Dövlət Rəhbərliyi Üzrə Dövlət Naziri Aung San Suu Çii ilə telefon danışığı apardığını xatırladan Trudeau, \”Ötən həftə onunla danışdım, mövqeyimizi açıq söylədim. Regiona və Myanmanın hamısına sülh və harmoniya yetirilməsinin vacibliyini vurğuladım\”-dedi.

İnterpress.az