“Qarabağ münaqişəsinin həlli üçün daha çox səy göstərməliyik”backend

“Qarabağ münaqişəsinin həlli üçün daha çox səy göstərməliyik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının baş qərargahında çıxışı zamanı deyib:

\”Sülh,istiqlal və rifahın hakim olması üçün üzərimizə düşən vəzifəni yerinə yetirməyə davam edəcəyik. Bu səbəbdən Yuxarı Qarabağ, Amasya və Cənubi Osetiya münaqişəsinin həlli üçün daha çox səy göstərməliyik.

Bu gün görməməzlikdən gəldiyimiz hər bir böhranın sabah regional, hətta qlobal qarşıdurmanın fitilini alovlandıra biləcəyini əsla unutmamalıyıq.\” – Ərdoğan belə deyib.

Qeyd edək ki, sentyabrın 19-da Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının baş qərargahında ümumi müzakirələrin açılışı olub.

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva tədbirdə iştirak ediblər.

İnterpress.az