Meksikada güclü zəlzələ: 149 nəfər ölüb – VIDEObackend

Meksikada güclü zəlzələ: 149 nəfər ölüb – VIDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeraltı təkanlar yerli vaxtla 18.14-də (Bakı vaxtı ilə 22.14-də) qeydə alınıb. Zəlzələnin episentri Puebla de Saraqosa şəhərindən 49 km cənub-qərbdə və Tepeoxuma yaşayış məntəqəsindən 8 km aralıda, yerin səthindən 60 km dərinlikdə qeydə alınıb.
Zəlzələ zamanı əhali arasında çaxnaşma yaşanıb, sakinlər dərhal binaları tərk edib, yollarda uzun tıxaclar yaranıb.

Zəlzələdən sonra yanğınlar, dağıntılar olub, uçqunlar altında insanların qaldığı bildirilir.

Zəlzələ nəticəsində ölənlərin sayı 149-a çatıb.

Bu haqda Meksikanın Qəza-Xilasetmə Xidmətinin rəisi Luis Felipe Puente Tviter hesabında qeyd edib.

\”Hazırda olan məlumata görə, Morelos ştatında 55, Mexikoda 49, Puebla ştatında 32, Mexiko ştatında 10, Qerrero ştatında 3 nəfər ölüb.\”, – deyə o bildirib. (apa)

İnterpress.azhttps://youtube.com/watch?v=KhU9QbOSuyI