Netanyahu İranı hədələdibackend

Netanyahu İranı hədələdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Netanyahu İranı hədələyib. Baş nazir deyib: \”Bəziləri hələ də İranla imzalanan müqaviləni müdafiə edirlər. Şimali Koreya üçün də eyni şeyi demişdilər, amma belə olmadığını gördük. Əgər bir dəyişiklik olmasa, bu müqavilə İranın Şimali Koreya kimi olmasına səbəb olacaq\”.

Netanyahu BMT Baş Assambleyasındakı çıxışında ABŞ prezidenti tərifləyib, İranı isə sərt şəkildə tənqid edib.

İranın Orta Şərqi ələ keçirmək üçün kampaniya apardığını, ballistik raket sınaqları ilə bütün dünyaya təhlükə yaratdığını bildirən Netanyahu İran ilə imzalanan nüvə müqaviləsinin Tehranın daha çox nüvə silah istehsal etməsinə zəmin yaradacağını qeyd edib.
Netanyahu davam edib: \”İrana tətbiq edilən sanksiyalar ləğv ediləndə İran zəncirdən açılan ac bir qaplan kimi BMT-yə üzv olmaq yerinə ölkələrə hücum edəcək. İran Suriyada daimi hərbi bazalar qurur. Bunun və silah istehsalının qarşısını almaq üçün hərəkətə keçəcəyik\”.

İnterpress.az