İran rəsmisi: “ABŞ beynəlxalq diplomatik prinsiplərə sadiq deyil”backend

İran rəsmisi: “ABŞ beynəlxalq diplomatik prinsiplərə sadiq deyil”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, bunu İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani deyib.

O bildirib ki, bu kimi çıxışlar onun sülhə zidd mövqeyinin göstəricisidir: “Tramp hələ də seçki ab-havasından çıxmayıb. Məsləhətçiləri ona xatırlatmalıdır ki, təbliğat xarakterli hərəkətlərin ölkələrin iradəsinə heç biri təsiri yoxdur”.

Ə. Şamxani qeyd edib ki, İran hüquqlarını qoruyur və Hollivud səs-küyündən təsirlənmir. “Beynəlxalq Nüvə Enerjisi Təşkilatı 7 dəfə İranın Hərtərəfli Birgə Fəaliyyət Planı üzrə öhdəliklərini yerinə yetirdiyini açıqlayıb. KİV vasitəsilə psixoloji müharibə apararaq hansısa ittihamlar irəli sürməyin heç bir mənası yoxdur. ABŞ-ın HBFP planı ilə bağlı mövqeyi onun beynəlxalq diplomatik prinsiplərə sadiq olmamasının göstəricisidir”. (apa)

İnterpress.az