Braziliyada homoseksualizm xəstəlik olaraq qəbul edildibackend

Braziliyada homoseksualizm xəstəlik olaraq qəbul edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, 1999-da Federal Psixologiya Şurasının bu cür terapiyaları qadağan edən qərarını əsassız edən Brasilia Federal Hakimi Waldemar də Carvalhoya ölkədəki homoseksuallara reaksiya göstərdi və qərarı kassasiyaya aparacaqlarını açıqlayıb.
İngilis Guardian qəzetinə danışan ölkədəki homoseksual siyasətçilərdən David Miranda, \”Bu qərar LGBT birliyinin son illərdə əldə etdiyi mütərəqqi təcrübələrə vurulan böyük bir zərbədir. Dünyadakı bəzi ölkələr kimi Braziliya da mühafizəkar bir dalğadan əziyyət çəkir\” dedi.
Qərar, bir bankın homoseksual sənətkarlarla bağlı təşkil edəcəyi sərginin sağçı və Evanjelik Protestant qrupların etirazları səbəbindən ləğv olunmasından bir həftə sonra verilib.
Ölkənin ən populyar artistlərindən Ivete Sangolo da Instagram hesabından \”Əsas xəstələr bu cəfəngiyyata inananlardır\” bölgüsündə olub. Digər bir məşhur müğənni Larissa Machado isə \”Ölkəmdə insanlar ölür, aclıq və korrupsiya geniş yayılmış, təhsil yox, xəstəxana yoxdur və rəsmi şəxslər vaxtlarını homoseksualizmin xəstəlik olduğunu irəli sürməyə sərf\” edir dedi.
Hakim də Carvalhonun açıqladığı hökm, 2016-da \”homoseksual çevrilmə terapiyası\” tətbiq etdiyi üçün lisenziya ləğv edilən Rozangela Justino adlı Evanjelik Protestant psixoloqun müraciəti ilə açılan iddianın nəticəsində verilib.
Federal Psixologiya Şurasının qərarı təhlükəli olduğunu açıqlayaraq kassasiyaya aparacaqlarını bildirib.
Braziliya Milli LGBT İttifaqı lideri Tonu Rəis də şikayət ərizəsində olacaqlarını bildirib.
Guardiana danışan Şura Sədri Rogerio Giannini, \”Xəstəlik olmayan bir şeyi müalicə etməzsiniz. Bu elmi mübahisə deyil, dini və mühafizəkar mövqelərə bağlı bir mübahisədir\” dedi.
\”Hakim, \”homoseksual çevrilmə terapiyası üzərində elmi araşdırmaları da qadağan etdiyimizi söyləyərək bu qadağa götürməyimizə hökm etdi amma biz heç vaxt tədqiqatları qadağan etməmişik\”.

İnterpress.az