Şagirdini zorlayan müəllim azadlıqda – Həbsxanadan çıxanda…backend

Şagirdini zorlayan müəllim azadlıqda – Həbsxanadan çıxanda…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə AzNews.az-a açıqlamasında Pirbəyli kənd sakinləri məlumat verib. Sakinlərin sözlərinə görə, Elnur İbrahimov azadlığa hələ 4 ay bundan əvvəl qovuşub:

“Elnur həbsxanadan çıxanda kəndə gəlməyib. Birbaşa Bakıya gedib. Hazırda o, Bakıda kirayədə yaşayır. Amma, ailəsi isə bu gün də kənddə yaşayır. Yerli camaat bununla maraqlananda ailəsi Elnurun kəndə gəlmək istəmədiyini bildirib. Yəni, kənd sakinləri onu həbsxanadan çıxandan sonra görməyib”.

Qeyd edək ki, 2016-cı ildə Şamaxı rayonunun Pirbəyli kənd orta məktəb şagirdi müəllimi Elnur İbrahimov tərəfindən zorlanaraq hamilə qalmışdı. Nəticədə o, 5 il 6 ay azadlıqdan məhrum edilmişdi.

İnterpress.az