BMT-nin baş katibi İlham Əliyevlə görüşdübackend

BMT-nin baş katibi İlham Əliyevlə görüşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Quterreş görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı narahatçılığını çatdırıb və Minsk qrupunun münaqişənin həllində bütün imkanlardan istifadə edəcəyinə ümid etdiyini qeyd edib.

Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat verib. Məlumatda deyilir: \”Azərbaycan prezidenti İlham əliyev BMT-nin Nyu-Yorkdakı baş qərargahında Antoniu Quterreş ilə görüşüb. Görüşdə BMT-nin baş katibi İlham Əliyevə \”Azərbaycan bizim köhnə dostumuzdur. Azərbaycan böyük və faydalı işlər görür, inisiativlər və tədbirlər həyata keçirir\”-deyib.

Quterreş Azərbaycanın BMT ilə yüksək səviyyədə əməkdaşlıq ediyini, qarşılıqlı anlaşma olduğunu qeyd edib: \”Azərbaycan BMT-nin layihələrində fəal iştirak edir\”.

İlham Əliyev isə Azərbaycanın BMT çərçivəsində böyük işlər gördüyünü bildirib. Mətbuat xidmətinin məlumatında deyilir: \”Azərbaycan lideri Bakıda keçirilən bir sıra tədbirlərdən, forumlardan danışıb və belə layihələrin Azərbaycanda keçirilməsinin davam etməyini istəyib. İlham Əliyev Azərbaycan iqtisadiyyatının inkişafından, kasıblıq səviyyəsindən, 100 faiz savadlılıq dərəcəsindən bəhs edib. Prezident İlham Əliyev bəyan edib ki, erməni tərəfi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün keçirilən danışıqlara mane olur və həll prosesini uzatmağa çalışır\”.

İnterpress.az