Naməlum kişi meyiti tapıldıbackend

Naməlum kişi meyiti tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Masallı-Lənkəran yolunun Boradigah qəsəbəsi ərazisindən keçən hissəsində 30-35 yaşlarında naməlum kişi meyiti aşkar edilib.

Dərhal hadisə yerinə polis və prokurorluq əməkdaşlarından ibarət əməliyyat qrupu çıxıb. Meyitə baxış keçirilərək onun yanından ipə bənzər parça və bir ədəd qanlı şpris aşkar edilib.

Ölümün səbəblərini müəyyənləşdirməkdən ötrü müvafiq ekspertizalar təyin edilib.

Faktla bağlı Masallı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir. ( apa )

İnterpress.az