Müsavat Partiyası üzvlərinə Milli Şuranın mitinqinə qatılmağa qadağa qoyub?backend

Müsavat Partiyası üzvlərinə Milli Şuranın mitinqinə qatılmağa qadağa qoyub?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müsavat Partiyasının Milli Şuranın təşkil edəcəyi mitinqə qoşulub-qoşulamayacağı hər zamankı kimi əsas müzakirə mövzusudur. Sosial şəbəkələrdə Müsavat Partiyasının üzvlərinə mitinqə getməyə qadağa qoyduğu da deyilir.

Mitinqə Müsavat Partiyasının qatılıb qatılmayacağı və partiya üzvlərinə mitinqə getməmək qadağası məsələsinə partiya funksionerləri \”Ölkə.Az\”-da münasibət bildirib:

Müsavat başqanının müavini Elman Fəttah açıqlamasında bildirib ki, Müsavat Partiyası Milli Şuranın mitinqi ilə bağlı hər hansı bir qərar qəbul etməyib:

Müsavat Partiyası üzvlərinə Milli Şuranın mitinqinə qatılmağa qadağa qoyub?

\”Milli Şuradan Müsavat Partiyasına hər hansı məsləhələşmə təklifi gəlməyib. Ona görə bu məsələyə Müsavat Partiyası hansısa formada münasibət bildirməyib. Ümumilikdə ölkədə kütləvi etiraz aksiyalarının keçirilməsi normal bir haldır. Partiya üzvlərinə qadağanın qoyulması məsələsi isə dezinformasiyadır\”.

Müsavat Partiyası Mərkəzi icra Aparatının rəhbəri Gülağa Aslanlı qeyd edib ki, Milli Şuradan Müsavat Partiyasına nə hər hansısa bir təklif olub, nə də Müsavat Partiyası üzvlərinə Milli Şuranın mitinqinə qadağa qoyub.

Müsavat Partiyası üzvlərinə Milli Şuranın mitinqinə qatılmağa qadağa qoyub?

Müsavat Partiyasının yaxın zamanlarda mitinq təşkil edib-etməyəcəyi məsələsinə gəldikdə isə Gülağa Aslanlı bildirib ki, partiya olaraq hər zaman kütləvi etiraz aksiyalarının keçirilməli olduğunu bildirmişik:

\”Zamanı gələndə Müsavat Partiyası da mitinq keçirəcək\”.

Qeyd edək ki, Milli Şuranın mitinqinin sentyabrın 23-də saat 15.00-dan 17.00-dək “Məhsul” stadionunda keçirilməsi nəzərdə tutulub.

İnterpress.az