Lənkəranskiyə görə adam öldürənə hökm oxundubackend

Lənkəranskiyə görə adam öldürənə hökm oxundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Ramella Allahverdiyevanın icraatında olan prosesdə hökm oxunub. Məhkəmə kollegiyasının hökmü ilə V.İbrahimov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə Nizami rayonu, \”Neftçilər\” metrostansiyası yaxınlığında yerləşən \”Arbotaj\” gecə klubunda baş verib.

1991-ci il təvəllüdlü İbrahimov Vüsal Bəhir oğlu işlədiyi barda mübahisə etdiyi müştəri, Tovuz rayon sakini olan, 1989-cu il təvəllüdlü Atakişiyev Nurlan Azər oğlunu bıçaqlayaraq, öldürüb. Qətl hadisəsi “oğru” Rövşən Lənkəranskinin barəsində mahnı sifariş verilməsinə görə olub. Nurlanın bu istəyinə barmenin “icazə yoxdur” deyə cavab verməsi mübahisəyə səbəb olub.

İnterpress.az