Avstriyada “hicab qadağası” 1 oktyabrda başlayırbackend

Avstriyada “hicab qadağası” 1 oktyabrda başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Daxili işlər Nazirliyindən edilən açıqlamada, 1 oktyabrda qüvvəyə minəcək, üzün tanınmayacaq şəkildə örtülməsini qadağan edən sözügedən qanun öncəsi, təhlükəsizlik qüvvələrinin mümkün vəziyyətlər qarşısında necə bir mövqe nümayiş etdirəcəyi bildirilib.

Açıqlamada, hüquq-mühafizə orqanlarının qadağaya riayət etməyən insana verəcəyi 150 avroluq cəza tətbiq etmədən əvvəl hicab və bənzər paltarlar geyən adamları yeni qanuna dair məlumat verəcəyi qeyd olunub.

Nazirliyin ölkədə üzün tam örtməyin qadağan olunduğunu bildirən Alman, İngilis, Türk və Ərəb Dillərində məlumatlandırma mətn hazırladığı qeyd edilən açıqlamada, hava limanları da daxil, bu mətnləri şəxslərə verərək məsələnin açıqlanacağı vurğulanıb.

Adını vermək istəməyən yüksək vəzifəli polis əmiri, Fransanın Kann şəhərində hicab geyinən qadınların polis tərəfindən nəzarətə alınma anlarının hələ də xatırlandığına diqqəti çəkərək vəziyyətin özləri üçün çox çətin olduğunu qeyd edib.

İnterpress.az