Fransada “fit çalmaq” və “söz atmaq” artıq cinayət hesab olunurbackend

Fransada “fit çalmaq” və “söz atmaq” artıq cinayət hesab olunur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Fransa Parlementinin təsdiq etdiyi yeni qanunla, insanın bədəni haqqında birbaşa və ya dolayı şərh vermək, arzuolunmaz fiziki təmas, bir adamı təqib etmə, şərti sahədə masturbasiya, fit çalma kimi hərəkətlər cinayət dairəsinə girib.

Qadınlar və Kişilər Arasında Bərabərlik Üzrə Dövlət Katibi Marlne Schiappa,\” Cinsi təcavüzün bəzi formaları cəmiyyətdə mədəniyyətin bir hissəsi kimi görünür. Kişilər yalnız gördüyü qadına hücum edir. Bunu əngəlləmək üçün, küçədə qadına söz atıb, fit çalmağa Fransız Hökuməti olaraq cəza yetirməyə qərar verdik. Bizim ölkəmizdə kişilər olduğu qədər, qadınlar da istədiyi saatda çöldə olur və istədiyi paltarı geyinməkdə azaddır. \”-dedi.
Schiappa bundan başqa, küçədə baş verən cinsi təcavüzlərin Fransada \”böyük bir fenomen\” olduğunu dilə gətirdi.
Schiappa, \”Bir kişi bir qadının arxasından yeriyib danışanda qadın bir şey edə bilmir, çünki təkdir. Yardım istəmək üçün də çığırmır, çünki qaçacağam – deyə düşünür\” – dedi.

Bunların qarşısını almaq üçün; Fransada cinsi təcavüz daxil bu hərəkətləri edənlərə, pul cəzası veriləcək.

İnterpress.az