“Bu mitinq kiminsə maraqları üzərində hesablanıb”backend

“Bu mitinq kiminsə maraqları üzərində hesablanıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AXCP sədri Razi Nurullayev Milli Şuranın təşkil edəcəyi mitinq, ölkədəki siyasi durum və müxalifətin gələcək planları barədə Ölkə.Az-a danışıb:

\”Mitinqlərin keçirilməsi labüddür və lazımlıdır. Mitinqlərin keçirilməsinin tərəfdarıyam. Ancaq mitinqlərin keçirilməsi bir partiyanın, bir şəxsin maraqlarına xidmət etməməlidir. Çünki belə olan zaman həm mitinq gözdən düşür, xalq həmin mitinqə gəlmir, həm də müxalifət arası münasibətlər gərginləşir. Bunun üçün də müxalifət, bütün siyasi təşkilatlar bir yerə toplaşıb mitinq qərarı versinlər və böyük mitinq keçirilsin. Azərbaycanda ümumxalq mitinqinin keçirilməsinə ehtiyac var. Bu təyin edilən mitinq isə bir təşkilatın təyin etdiyi mitinqdir. Bu mitinqin nəyə xidmət etdiyini ancaq özləri bilir. Buna görə də, siyasi partiyalar və xalqın içərisindən də çox insanlar bu mitinqə spesifik yanaşır. Bu üzdən də mitinqin təlatümlü mitinq olacağına bəri başdan inam yoxdur. Çünki bu mitinq kiminsə maraqları üzərində, bir və bir neçə günlük qəhrəmanlığına hesablanıb\”.

Mitinqlərin gələcəkdə davam davam edib etməmək məsələsinə gəldikdə isə partiya sədri bildirdi ki, bunu bilmək olmaz:

\”Biz istəyirik ki, Azərbaycanda siyasi etirazlar olsun, partiyaların etiraz aksiyaları keçirməsi üçün müəyyən yerlər ayrılsın, şərait yaradılsın, mitinqlərin keçirilməsinə maneçilik törədilməsin. Ancaq hələ ki, bunların şahidi ola bilmirik. 2018-ci ildə prezident seçkiləri gəldiyinə görə siyasi partiyalarda bir canlanma başlayacaq. AXCP adından deyə bilərəm ki, bizim artıq rayonlarda görüşlərimiz başlayıb və bu davamlı olacaq. Biz Bakıdan daha çox rayonlarda insanlarla görüşməyə davam edəcəyik və sonda böyük mitinqlər keçirəcəyik\”.

AXCP-nin də mitinqlər keçirəcəyini deyən Razi Nurullayev qeyd edib ki, mitinqlərin bir nəfər tərəfindən təyin olunmasına qarşı olmuşam:

\”Xalqın narazı təbəqəsi müəyyən müddətdə ayaqlanır, ümidlənir, mitinqə çıxmaq istəyir. Bundan istifadə edən fürsətcil qüvvələr həmin bir neçə nəfəri bir yerə yığır, xalq isə kütləvi mitinq görmədiyinə görə ümidləri qırılır və yenidən geri çəkilir. Düşünürəm ki, bu xalqa xidmət yox, xalqın maraqlarına birbaşa xidmətdir\”.

Prezident seçkiləri ərəfəsi yarana biləcək koalisiyalar barədə danışan AXCP sədri bildirdi ki, hər bir təklif müzakirə olunmalıdır:

\”Təkliflər gələrsə müzakirə edə bilərik. Hələki belə bir təklif almamışıq\”.

İnterpress.az