İngiltərədə Məhəmməd, Williamı keçdibackend

İngiltərədə Məhəmməd, Williamı keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, İngilislər hər il ən populyar uşaq adlarını xəbər etməyi və oxumağı çox sevir. Amma bu il siyahıda bir detal diqqət çəkib. O da kişi adlarında ən populyar 10 ad arasına girən Məhəmməd adı olub.
Ötən il dünyaya gələn oğlan uşaqlarının adını təhlil edən mütəxəssislər, Məhəmməd (Mohammad və Milli şəklində də olanlar daxil) adının ən populyar 10 addan biri olduğunu ortaya çıxardı.
İngiltərə və Uelsdə ötən il uşaqlara verilən ən populyar 8-ci ad olan Məhəmməd beləliklə Williamı keçdi.
Ötən il bütövlükdə 3.908 oğlan uşağına Məhəmməd adının verildiyini söyləyən mütəxəssislər, \”Məhəmməd adı keçən 10 il ərzində 35 pillə yüksəlib\” ifadəsini istifadə etdi.
Digər tərəfdən araşdırmaya görə Game of Thrones sırasındakı obrazlardan Ariya adının də populyar qız adlarından olduğu bildirilərkən, \”Valideynlər uşaqlarına bu adın daha müasir versiyasını verərək Aria deyirlər.

İnterpress.az