Hindistanda zorlanmış 10 yaşlı qızın ikinci dayısı həbs edilibbackend

Hindistanda zorlanmış 10 yaşlı qızın ikinci dayısı həbs edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

O, qızın bundan əvvəl həbs edilən dayısının kiçik qardaşıdır və ona qarşı zorlama ittihamı irəli sürülüb, polis bildirib.
Polis ikinci dayını, körpədən götürülmüş DNT-nin, qızı zorlamaqda ittiham edilmiş dayısının DNT-si ilə uyğun gəlməməsindən sonra saxlayıb.
Uşağı zorlamaqda təqsirləndirilən ilk dayısı hələ də buraxılmayıb.
Ona qarşı ittihamlar geriyə alınmayıb və onun işinə artıq uşaqlara qarşı törədilən cinayətlərlə məşğul olan xüsusi məhkəmə baxır.
O həbsdədir və indiyədək heç bir bəyanat verməyib.
İkinci dayının həbsi çərşənbə axşamı, qızla müsahibə edən polislə söhbət zamanı onun adı çəkiləndən sonra baş tutub.
\”Qız onun 38 yaşlı dayısının da onu zorladığını deyib\”, yüksək vəzifəli polis rəsmisi deyib. (bbc)

İnterpress.az