Meydan TV : Azərbaycana qarşı erməni platformasıbackend

Meydan TV : Azərbaycana qarşı erməni platforması

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT-nin tribunasından Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlər, ölkəmizin uğurlarından danışan İlham Əliyev işğala məruz qalan bir ölkənin həm də gücünü sərgiləmiş oldu. Lakin görünən həm də o oldu ki, ümummili maraqlardan bəhs edən bu çıxışın beynəlxalq mediada işıqlandırıldığı bir vaxtda, özünü müxalifət adlandıran düşərgə bu uğura kölgə salmaqdan çəkinmir. Azərbaycana qarşı xarici qüvvələrin maliyyələşdirdiyi “Meydan ” adamlarını indi Azərbaycan prezidentinin böyük güclərin qarşısında ortaya qoyduğu qətiyyətli mövqe deyil, iclas zalında əyləşən prezident ailəsi maraqlandırır. Kontekstdən çıxarılmış bir-iki kadrı sosial şəbəkədə paylaşan \” Meydan TV\” erməniləri başına toplayıb Azərbaycanın beynəlxalq arenada növbəti uğurundan fikir yayındırmağa çalışır. Fikir yayındırmaq bir yana, guya Azərbaycan lehinə fəaliyyət göstərdiyini iddia edən “Meydan TV” ölkəmizə nifrət edən, Azərbaycanın bir dövlət kimi məhvini, bütün azərbaycanlıları isə Xocalıdakı uşaqlar tək başından güllələməyi arzulayan ermənilərə növbəti dəfə təhqir və böhtan yağdırmağa imkan yaradır. Görünür, Emin Milli özünü Azərbaycan-Ermənistan münaqişəsində azərbaycanlıların yanında yox, böyük pərəstiş etdiyi, həmfikir və əlbir oldugu ermənilərin yanında daha rahat hiss edir. Əcəba nədən? Yəqin ki, qan yaddaşı öz sözünü deyir.

Meydan TV : Azərbaycana qarşı erməni platforması

İnterpress.az