Macron: “O mənim bir parçam”backend

Macron: “O mənim bir parçam”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Fransa Prezidenti Emmanuel Macron, CNN-dən Christiane Amanpouraya müsahibə verib. Macron, müsahibədə ailəsiylə bağlı maraqlı açıqlamalar verib.

Amanpourun:\”Əslində dünya hazırda sizin ailənizlə çox maraqlanır. Bizə ailənizdən danışın sualına cavab verən Macron,\” Bunun haqqında danışmaq həmişə çətin. Bu məxfiliyin bir hissəsi. Eşq, mənim həyatımın və işimin bir hissəsi. Əgər balanslı və güclü bir cüt olmasanız, heçnə əldə edə bilməzsiniz. Həyat yoldaşımla on illərdir bərabərəm və o mənim bir parçam -dedi.

Özündən 24 yaş böyük həyat yoldaşıyla olan əlaqəsinə dair danışan Macron, \”Mənim şəxsi balansım üçün evdə hər gün həqiqəti deyən birinin olması çox mühümdür. Həqiqətə çatmaq ən mühüm mübarizələrdən biridir. Sizin kim olduğunuz üçün yox, təmsil etdiyiniz şeylər üçün deyil siz olduğunuz üçün sizi sevən biri olmalıdır yanımda. Bu məndə belədir və bu mənim üçün çox əhəmiyyətlidir\”-ifadələrini istifadə etdi.

İnterpress.az