Ruhanidən ABŞ-a: “Kimsədən icazə almayacayıq”backend

Ruhanidən ABŞ-a: “Kimsədən icazə almayacayıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Konqresindən İran üçün ard-arda gələn sanksiya qərarları və ABŞ Prezidenti Donald Trumpın nüvə müqavilə ilə bağlı açıqlamalarından sonra bir açıqlama da İran Prezidenti Həsən Ruhanidən gəldi.

Tehranda hərbi parad mərasimində danışan Ruhani, İranın raket potensialını gücləndirəcəyini və bunun üçün heç bir ölkədən icazə almayacağını bildirib.

Ruhani, \”Hərbi gücümüzü artıracayıq. Raket potensialımızı gücləndirəcəyik. Ölkəmizi müdafiə etmək üçün heç kimdən icazə almayacayıq\” ifadələrini istifadə etdi.

ABŞ Prezidenti Donald Trump, İranın raket fəaliyyətini tənqid etmiş, ABŞ Konqresi isə raket işi ilə əlaqəsi olan şəxs və qurumlara sanksiya tətbiq etmək qərarı almışdı. Trump, keçdiyimiz günlərdə İran ilə aparılan nüvə müqavilə ilə bağlı qərarını verdiyini, ancaq bunu daha sonra açıqlayacağını bildirmişdi.

İnterpress.az