“Aşura mərasimləri yüksək səviyyədə olacaq” – Mübariz Qurbanlıbackend

“Aşura mərasimləri yüksək səviyyədə olacaq” – Mübariz Qurbanlı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. O bildirib ki, Aşura mərasimləri yüksək səviyyədə, qanun çərçivəsində, fətvada irəli sürülən fikirlər çərçivəsində baş tutacaq.

\”Dövlət Komitəsinin respublikanın rayonlarında şöbələri, nümayəndələri var. Biz məscidlərdə vaxtaşırı monitorinqlər keçiririk. Bu cür monitorinqlər davam etdiriləcək. Təbii ki, bu monitorinqlərin məqsədi qanuna əməl edilib – edilməməsi haqqında məlumatlanmaqdır\”, – deyə M. Qurbanlı qeyd edib.

İnterpress.az