Kremldən ABŞ Prezident seçkisiylə bağlı Facebook açıqlamasıbackend

Kremldən ABŞ Prezident seçkisiylə bağlı Facebook açıqlaması

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov, ABŞ Prezident seçkini təsir göstərmək məqsədilə Facebookda heç vaxt reklam vermədiklərini söylədi.

Peskov jurnalistlərə verdiyi müsahibədə, \”Facebooka necə elan yerləşdiriləcəyini bilmirik, bunu heç vaxt etməmişik və Rusiya rəhbərliyinin bu məsələ ilə heç bir əlaqəsi yoxdur\” ifadələrini istifadə etdi.

Facebookun banisi Zuckerberg, ötən il gerçəkləşən ABŞ prezident seçkilərindən öncə və sonra Rusiya mərkəzli operatorlar tərəfindən Facebooka verilən və sayı 3 minə yaxınlaşan siyasi reklamları ABŞ Konqresi müfəttişləri bölüşməyi planlaşdırdığını açıqlamışdı.

Zuckerberg, hökumətləri dünyanın ən iri sosial şəbəkəsini başqa ölkələrin seçkilərinə müdaxilə etmək üçün istifadə etməsini əngəlləmək məqsədilə doqquz addım bir plan hazırladıqlarını bildirmiş, addımlar fonunda Facebook, sayt üzərindəki siyasi reklamları şəffaflıq edəcəyini bildirərkən, insanların hər hansı bir seçki ilə əlaqəli olaraq hansı reklamların dövriyyədə olduğunu görə məqsədi güddüyünü söyləmişdi.

İnterpress.az