“Müxalifət bu mitinqlə ciddi sosial bazasının olmamasını göstərəcək”backend

“Müxalifət bu mitinqlə ciddi sosial bazasının olmamasını göstərəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Şuranın keçirəcəyi bu mitinqlə bağlı müxtəlif fikirlər səsləndirilir. Bəziləri mitinqi yerində saysa da, digərləri təşkilatçıları tənqid atəşinə tutub.

Müxalifətin sabah baş tutacaq mitinqi və ölkədəki siyasi abu-havanı politoloq Elşən Manafov \”Ölkə.Az\”-a şərh edib:

\”Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinq keçirməsinə icazə verib. Şəhər icra hakimiyyətinin bu icazəsi göstərir ki, müxalifətin məlum kəsiyinin qanadının Azərbaycan hakimiyyətinin ünvanına səsləndirdiyi ittihamların arxasında heç bir ciddi dəlil yoxdur. Bu isə Azərbaycan hakimiyyətinin müxalifətlə müqayisədə Avropanın müvafiq institutları qarşısında üstünlüyü deməkdir. İstənilən siyasi təşkilat müvafiq qurumlara müraciət edib, qanunvericilik çərçivəsində piket, etiraz aksiyası, mitinq keçirə bilər. Həmin mitinq, etiraz aksiyaları, piketlərin keçirilməsinin təhlükəsizliyi Azərbaycan polisinin üzərinə düşür. Bu da onu göstərir ki, müxalifətin məlum kəsiyinin iddialarının arxasında sırf konniktor maraqlar durur. Ölkə seçkilər ərəfəsindədir. Seçki ərəfəsində Azərbaycanda marağı olan Qərbin müəyyən institutlarının, müəyyən dairələrinin dəyirmanına su tökmək, postsovet məkanındakı bəzi ölkələrdə olduğu kimi məlum ölkələrin dəstəyi ilə geosiyasi planlar əsasında narıncı inqilabları həyata keçirmək, Azərbaycanda sabitliyi pozmaq və vətəndaşların bu məsələlərdən dolğun məlumatlı olmamasından istifadə edərək ölkədə qarşıdurma yaratmaq və nəticə etibarı ilə bulanıq suda balıq tutmaq istəyindən irəli gəlir.

Azərbaycan hakimiyyətinin Milli Şuranın mitinqinə icazə verməsi göstərir ki, müxalifətin məlum kəsiyinin ölkədə söz azadlığının pozulması, demokratik insan hüquq və azadlıqlarının olmaması ilə bağlı bəyanatları ciddi dəlil və faktlara söykənmir. Buyursun müxalifət mitinq keçirsin, görək müxalifətin sosial bazası hansı gücdədir. İnanıram ki, əvvəlki mitinqlərdə olduğu kimi bu mitinqdə də kifayət qədər ölkə vətəndaşı iştirak etməyəcək. Bu da müxalifətin məlum kəsiyinin ictimai rəyə təsir imkanının minimum dərəcədə olmasından xəbər verir\”.

Müxalifət bu mitinqi keçirməklə əslində seçkilərə 1 il qalmış Azərbaycan hakimiyyəti ilə rəqabətdə ciddi sosial bazaya malik olmadığını nümayiş etdirəcək deyən politoloq qeyd edib ki, müxalifətin hakimiyyətlə münasibətləri çox təəssüflər olsun ki, konstruktiv əməkdaşlıq səviyyəsində deyil:

\”Müxalifət sadəcə olaraq bulanlıq suda balıq tutmaq, ölkədə mövcud sabitliyi pozmaq və Qərb institutlarının diqqətini Azərbaycana yönəltmək istəyir. Azərbaycan elə bir həssas məkanda yerləşib ki, burada Qərbin də, Şərqin də, Rusiyanın da maraqları toqquşur. Müxalifət düşərgəsinin nümayəndələrinin bunu bilməməsi mümkün deyil. Ümidləri postsovet məkanında baş verə biləcək geosiyasi rəngli inqilabların Azərbaycanda təkrarlanmasıdır\”.

İnterpress.az