13 yaşlı bu oğlan yoxa çıxdıbackend

13 yaşlı bu oğlan yoxa çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Unikal.org-a istinadən xəbər verir ki, bu barədə itkin düşən Ülvinin atası Ruslan Cəfərli bildirib. O deyib ki, övladı axşam saat 19:00 radələrində müəllim yanına hazırlığa getmək üçün evdən çıxıb: \”Gecə evə qayıtmadığına görə, ilk olaraq müəllimi ilə əlaqə saxladıq. O, Ülvinin hazırlığa gəlmədiyini bildirib. Hadisədən dərhal sonra polisə müraciət etdik. Hazırda axtarışlara qohum-qardaşlar da qoşulub”.

Ruslan Cəfərli övladı ilə evdə heç bir münaqişənin olmadığını da deyib: \”Oğlumu görənlərdən xahiş edirəm ki, mən və yaxud polis bölməsi ilə əlaqə saxlasınlar”.

Əlaqə nömrəsi: 0503848974
Qeyd edək ki, Cəfərli Ülvü Ruslan oğlu Xırdalanda 3 nömrəli məktəbin şagirdidir.

İnterpress.az