“Bir-birimizi gözüyumulu başa düşürük” – Nazarovbackend

“Bir-birimizi gözüyumulu başa düşürük” – Nazarov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qol.az-ın məlumatına görə, bu sözləri millimizin üzvü Dmitri Nazarov Almaniya mətbuatına açıqlamasında deyib.

Nazarovun çıxış etdiyi Almaniya II Bundesliqa təmsilçisi \”Aue\” bu gün öz meydanında “Sandhauzen”i qəbul edəcək. Bu mövsüm çempionatda 2 qol vuran millimizin yarımmüdafiəçisi bugünkü görüş barədə qısaca danışıb. O, komandasında futbolçuların bir-birini çox yaxşı başa düşdüyünü bildirib:

\”Bir-birimizi gözüyumulu başa düşürük. Oyun zamanı kimin necə davranacağını yaxşı bilirik. Hücum xəttindəki futbolçularımızın boş zonaya nə vaxt açılacağını, hansı sürətlə qaçacağını hər birimiz bilirik. “Sandhauzen”lə görüşdə də qollarımızı davam etdirməyə çalışacağıq\”.

İnterpress.az